Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
“Gənclərin İKT inkişafı mərkəzi” adlı layihə həyata keçirilir
01 mart, 2017 15:16

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmiş, onun əhatə dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə etmişdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya-kommunikasiya texnologiyalarının yaratdığı üstünlüklərdən lazımi səviyyədə faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atırlar. Bu gün İKT-nin inkişafı respublikanın davamlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib.

Bu zərurət nəzərə alan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə gənclərin İKT sahəsində peşəkarlığının yüksəldilməsinə xidmət edən “GƏNCLƏRİN İKT İNKİŞAFI MƏRKƏZİ” layihəsinin icrasına başlayıb.

Layihənin əsas məqsədi İKT-nin sürətli inkişafı prosesinə gənc nəslin adaptasiyasını təmin etməklə onların texniki-nəzəri İKT biliklərinin artırılmasının təmin edilməsidir.

Layihə çərçivəsində tək paytaxt Bakıda deyil, eyni zamanda, müxtəlif rayon və şəhərlərdə təlim formatında keçirilməsi nəzərdə tutulub. Həmçinin, layihə çərçivəsində www.ictcenter.az saytı yaradılacaq. Saytın həm də mobil versiyasının hazırlanması nəzərdə tutulub. 

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmiş, onun əhatə dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə etmişdir.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə