Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“İlxam Qeydaroviç” deyə-deyə qaçan yalı kəsilmiş tula...

Məşhur bir lətifə var. Bir gün mübahisə edən canavarla eşşək gəlirlər meşənin kralı - şirin yanına ki, kimin haqlı olduğunu müəyyənləşdirsinlər. Şirə yaxınlaşan canavar deyir ki, mən deyirəm çəmən yaşıldır, eşşək deyir sarı. Kim haqlıdır? Şir göstəriş verir ki, canavarı bir ay həbs edin. Canavar şirdən soruşur ki, sən də çəməni sarı görürsən? Şir cavab verir ki, yox. Çəmən yaşıldır, amma səni eşşəklə mübahisə etdiyin üçün bir ay həbs edirəm. İndi gərək Jirinovskiyə baş qoşanların hamısı həbs olunsun.

Bu sözləri açıqlamasında millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev Rusiya Lideral Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycan və Prezident haqda sözlərinə reaksiyasında deyib.

“Bu ləyaqətini itirmiş adamın Parisdə, NATO PA-da çıxış edib gedən İlham Əliyevin dalınca, yalı kəsilmiş tula kimi, “İlxam Qeydaroviç” qışqıra-qışqıra qaçdığının canlı şahidiyəm.

İndi başından böyük qələt edir. Hesab edirəm, Azərbaycan mətbuatı türk düşməni olan bu məxluqun varlığını unutmalıdır. Rus ictimai-siyasi xadimləri, ziyalıları, başqa xalqları aşağılayan bu murdar cındırın üzünə tüpürüb, gözünün içinə nə deməyiblər ki? Bu əxlaqsızı bir çox hallarda gülüş məqsədilə danışdırırlar. Onun ürəkbulandıran çıxışlarını dinləməkdənsə, unutmalıyıq”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə