Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Liverpul” “Barselona”nı darmadağın etdi və finala çıxdı


Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib.

“Liverpul” Kataloniyada 0:3 uduzduğu “Barselona” ilə görüşdə proqnozları növbəti dəfə alt-üst edib.

İngiltərə klubu misirli Məhəmməd Salah, braziliyalı Roberto Firmino və qvineyalı Nabi Keytasız meydana çıxsa da, güclü rəqibinə 4:0 hesabı ilə qalib gəlib. Bununla da“Liverpul” ardıcıl ikinci il UEFA-nın ən güclü klub turnirinə final oynayacaq.

Qeyd edək ki, növbəti finalçının adına “Ayaks” – “Totenhem” oyunundan sonra aydınlıq gələcək.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə