Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Olimpiakos” azərbaycanlı futbolçu ilə anlaşdığını açıqladı - FOTO


Yunanıstanın “Olimpiakos” klubu azərbaycanlı futbolçu Turan Manafovla prinsipial anlaşdığını rəsmi şəkildə bəyan edib.

Volos klubunun rəsmi saytı futbolçunun yaxın günlərdə Yunanıstana gələcəyini, tibbi baxışdan keçdikdən sonra müqavilə bağlayacağını açıqlayıb.

Qeyd edək ki, əsas “Olimpiakos”dan (Pirey) fərqli olaraq, bu klub 1937-ci ildə yaradılıb və I divizionda (Super Liqa 2) mübarizə aparır. Komanda yarışdığı şimal zonasında 17 komanda arasında 15-ci sıradadır.


“Səbail”in futbolçusu Turan Manafov legioner həyatı yaşayacaq.

23 yaşlı sol cinah müdafiəçisi karyerasını Yunanıstanda davam etdirəcək.

Gənclər millimizin (U-21) sabiq üzvü Volos “Olimpiakos”u ilə anlaşıb. Yunanıstanın ikinci Super Liqa (I divizion) təmsilçisi cinah oyunçusu ilə müqavilənin şərtlərini razılaşdırıb. Onun yaxın günlərdə Volosa yollanması və tibbi müayinədən keçməsi gözlənilir. Manafov daha sonra yeni komandasına qoşulacaq.

Lakin “Səbail”in mətbuat xidmətinin rəhbəri Mehriban Mürsəlova saytımıza onun klubla mövsümün sonunadək müqaviləsinin olduğunu və bu məlumatın doğru olmadığını bildirib.

Qeyd edək ki, 2019-cu ildən “Səbail”də çıxış edən Turan Manafov “Neftçi”nin yetirməsidir. “Qarabağ”ın aşağı yaş komandasında da çıxış etmiş Turan “Sumqayıt” və “Zaqatala” klublarında peşəkar futbolçu həyatı yaşayıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə