Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Qarabağ” - “Olimpiya” matçını yayımlayacaq kanal dəyişdi



“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu “Olimpiya” ilə keçirəcəyi cavab oyununu yayımlayacaq telekanal dəyişib.

Xeberinmerkezi.az xəbər verir ki, əvvəlcə “CBC Sport”la razılaşan Ağdam təmsilçisi sonradan fərqli qərar qəbul edib.

Tamaşaçılar avqustun 31-də baş tutacaq qarşılaşmanı İdman TV telekanalı vasitəsilə izləyə biləcəklər. Görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, avqustun 24-də Lyublyanada keçirilən ilk oyunun yayım hüququna malik olan İdman TV yalnız 69-cu dəqiqədən etibarən matçı canlı təqdim etmişdi. Həmin qarşılaşmada “Qarabağ” 2:0 hesablı qələbə qazanmışdı.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə