Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Qarabağ” ÇL-in pley-off mərhələsində “Kopenhagen”ə qalib gəlib


qarabag cl in pley off merhelesinde kopenhagen e qalib gelib

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçlarına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan futbolu tarixində ilk dəfə ölkəmiz bu raundda təmsil olunub.

Ardıcıl 4 dəfə ölkə çempionu olan “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində qrupa düşmək uğrunda mübarizədə “Kopenhagen”lə görüşüb. Danimarka təmsilçisi ilə ilk matç Bakıda baş tutub.

Çempionlar Liqasının himninin ilk dəfə ölkəmizdə səslənməsi ilə başlayan qarşılaşmanın taleyini 1 qol həll edib. İlk yarıda hesabı açan Mahir Mədətov Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarını dolduran azarkeşləri sevindirib.

Bu qol Azərbaycan çempionuna 1:0 hesablı qələbə qazandırıb. Çempionlar Liqasının pley-offundakı tarixi oyun - debütümüz qələbə ilə əlamətdar olub.

Qeyd edək ki, “Qarabağ”la “Kopenhagen” arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqası, məğlub komanda Avropa Liqasının qrupunda oynayacaq.

Çempionlar Liqası

Pley-off mərhələsi

İlk oyun

15 avqust

“Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka) - 1:0

Qol: Mahir Mədətov, 25

Baş hakim: Paolo Taqliavento

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

“Qarabağ” ÇL-in pley-off mərhələsində “Kopenhagen”ə qalib gəlib
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə