Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Qarabağ” – “Zirə”yə qarşı 


 

Azərbaycan Kubokunun “Qarabağ” – “Zirə” komandaları arasındakı final qarşılaşmasına start verilib.

Xeberinmerkezi.az xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən görüş 20:00-da başlayıb.

Oyunu Rəvan Həmzəzadə idarə edir.

20:06

Azərbaycan Kubokunun finalında keçiriləcək “Qarabağ” – “Zirə” oyunu üçün heyətlər bəlli olub.

Komandalar meydana aşağıda qeyd olunan “11-lik”də çıxacaqlar.

“Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.

“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Aka, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli.

Qeyd edək ki, görüş 20:00-da start götürəcək.

 10:06

Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq.

Finalda "Qarabağ" və "Zirə" komandaları üz-üzə gələcəklər.

"Liv Bona Dea Arena"dakı qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" 83 xalla Azərbaycan Premyer Liqasının qalibi olub. 58 xal toplayan "Zirə" mövsümü ikinci sırada bitirib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə