Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində rəqibi müəyyənləşib


qarabag in cempionlar liqasinin pley off merhelesinde reqibi mueyyenlesib

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinə 10 vəsiqə uğrunda pley-off mübarizəsi aparacaq 20 komanda rəqiblərini tanıyıb.

Avropanın aparıcı futbol ölkələrində yüksək yer tutan, amma çempion olmayanlar Liqa yolunda 5 cütə bölünüb. Öz ölkəsinin ən yaxşısı olan 10 klub Çempionlar yolunda 5 cüt təşkil edib. İlk dəfə bu mərhələdə təmsil olunan Azərbaycanın çempionu “Qarabağ”ın da rəqibi bilinib.

Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirinin qrupuna vəsiqə uğrunda Danimarka “Kopenhagen”i ilə mübarizə aparacaq. Təmsilçimiz ilk oyunu evdə keçirəcək.

Bu, komandalar arasında 2-ci duel olacaq. 1998/99 mövsümündə Kuboklar Kubokunda keçirilən qarşılaşmalar danimarkalıların aşkar üstünlüyü ilə keçmişdi. “Qarabağ” hər iki matçda uduzub, ümumilikdə 10 top buraxmışdı – 0:6, 0:4.

Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 15-16-da, cavab görüşləri 22-23-də keçiriləcək.

Çempionlar Liqası

Pley-off mərhələsi

Çempionlar yolu

Çempionlar yolu

“Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka)

APOEL (Kipr) - “Slaviya” (Çexiya)

“Olimpiakos” (Yunanıstan) – “Riyeka” (Xorvatiya)

“Seltik” (Şotlandiya) - “Astana” (Qazaxıstan)

“Hapoel” (Beyer-Şeva, İsrail) - “Maribor” (Slovaniya)

Liqa yolu

“Başakşəhər” (Türkiyə) - “Sevilya” (İspaniya)

“Yanq Boyz” (İsveçrə) - MOİK (Rusiya)

“Napoli” (İtaliya) - “Nitsa” (Fransa)

“Hoffenhaym” (Almaniya) - “Liverpul” (İngiltərə)

“Sportinq” (Portuqaliya) - “Styaua” (Rumıniya

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə