Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Qəbələ” doğma divarlar arasında qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.

Xeberinmerkezi.az xəbər verir ki, turun üçüncü matçında "Qəbələ" "Keşlə"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qəbələ”nin qollarını 50-ci dəqiqədə Merab Giqauri, 70-ci dəqiqədə isə Rafael Utriq vurub.

Bu qələbə sayəsində 18-ci xalını qazanan "Qəbələ" 5-ci pillədəki mövqeyini qoruyub. "Keşlə" isə 13 xalla 6-8-ci yerləri bölüşdürür.

Qeyd edək ki, tura bu gün keçiriləcək "Zirə" - "Sabah" oyunu ilə yekun vurulacaq.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə