Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Tərəqqi” medallı nazirlik işçisi sirkə turşusu içdi- Arvadına görə

Bakıda arvadı ilə mübahisə edən kişi intihara cəhd edib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Görədil qəsəbəsində yerləşən “Abşeron Marina” restoranının qarşısında baş verib.

Həyat yoldaşı ilə mübahisə edən 41 yaşlı Ü.Həsənov intihar etmək məqsədilə sirkə turşusu içib. Xəstəxanaya yerləşdirilən Ü.Həsənovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ü.Həsənov nazirliklərdən birinin əməkdaşıdır. O, iki il əvvəl “Tərəqqi” medalı ilə də təltif olunub.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə