“Ələt” futbol klubu bir yaşını qeyd etdi
“Ələt” futbol klubunun yaradılmasının bir illiyi tamam olub.
Axar.az xəbər verir ki, bununla bağlı Bakının Ələt qəsəbəsində, Seyfulla Məmmədov adına 110-saylı tam orta məktəbin akt zalında tədbir keçirilib. Tədbirə rayon icra hakimiyyətinin rəsmiləri, ictimai fəallar, media nümayəndələri qatılıb.
Qeyd edək ki, klubun baş məşqçisi Zaur Mehdiyev, direktoru isə Ayaz Məmmədzadədir. Komanda yarandığı ilk vaxtlarda “Banişevski” turnirinin qalibi olub, Bakı kənd və qəsəbələr turnirində 2-ci yeri tutub.
Bu il isə Bakı kənd-qəsəbələri turnirində 1-ci yeri qazanıb.