”Tesla”nın açıqlamasından sonra “Bitcoin”in dəyəri sürətlə artır
Dünyanın ən populyar kriptovalyutası “Bitcoin” bugünkü ticarət sessiyasında tarixi maksimumunu yeniləyib. “CoinDesk” portalının məlumatlarına görə, Bakı vaxtı ilə 17:26-da kriptovalyutanın dəyəri 44.9 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, “Tesla” şirkətinin bu kriptovalyutaya 1.5 milyard dollar dəyərində yatırım etməsi xəbərindən sonra "Bitcoin”in dəyəri artmağa başlayıb.
17:21
Dünyanın ən populyar kriptovalyutası “Bitcoin” ticarət sessiyasında 11,8% artaraq, 43,8 min dollara yüksəlib.
“CoinDesk” portalının məlumatlarına görə, Bakı vaxtı ilə 17:00-da kriptovalyutanın dəyəri tarixi maksimumunu yeniləyib.