Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

1 SAYLI PSİXİATRİYA XƏSTƏXANASINDAKİ İNSİDENT

MÖVCUD NAİLİYYƏTLƏRƏ KÖLGƏ  SALA BİLMƏZ

Səhiyyə sistemində bir çox xəstəliklər hələ də bəşəriyyətin bəlası olaraq qalmaqda dəvam edir. Bunların adlarını sıralamasaq da ağır ruhi xəstəliyə düçar olmuş insanları bütün cəmiyyətlərin ən ağır problemi olaraq dəyərləndirə bilərik. Təbii ki, son illər səhiyyə sistemində bir çox uğurlar əldə olunsa da məhz bu sahə daha çox diqqət mərkəzində olmağı tələb edir. Yeri gəlmişkən ruhi xəstələrin müalicə və reabilitasiyası cəmiyyətin digər üzvlərinin də yaxından  iştirakı olmadan mümkün deyildir. Diqqətinizə çatdırırıq ki, bir neçə gün öncə, daha konkret desək, fevralın 26-da bazar günü sözü gedən xəstəxananın  kişi şöbəsində uzun müddət  müalicə alan Səfərov Mürvət ilə Şahmurov Mürşüd arasında mübahisə baş vermiş və Səfərov Mürvət sol gözündən zədə almışdır. Araşdırmalarımız zamanı həkim Ayşən xanımdan aldığımız məlumata görə münaqişəyə səbəb xəsarət alanın ona xəsarət yetirənə söyməsi və fiziki təzyiqləri səbəb olub. Bunu digər mənbələrdən aldığımız informasiyalar da təsdiq etdi. Ancaq biz xəbərin mərkəzi olaraq bütün hallarda bu insidentdə adı çəkilənlərin heç birini ittiham etmək fikrində deyilik. Qeyd edək ki, xəstə Səfərov Mürvət epilepsiyadan əziyyət çəkir. Ümumiyyətlə, bəzi bu kimi xəstəliklər zamanı davranış pozuntuları, aqrerssivlik yaranır və şəxsiyyət dəyişikliyi baş verir. Məlumat üçün bildirək ki, insident zamanı xəstə dərhal oftolmoloji müayinə və müalicəyə göndərilib və bütün lazımi tədbirlər həyata keçirilib. Müəyyən olunub ki, xəstənin görmə qabiliyyətinə mane olabiləcək xəsarət yetirilməyib.

Bu məsələdə əsas diqqət çəkən bir məqam da odur ki, 90 nəfərin müalicə aldığı bu şöbədə 5 nəfər xəstə hər dəqiqə intinhara meyillidir. Məsələnin daha ağır tərəfi isə odur ki, bu xəstələrin  intihara cəhd edəcəyini  əvvəlcədən müəyyən etmək  çox çətindir. Təəssüf ki,  bəzi xəbər portalları bu tipli məlumatları ucuz şöhrət xatirinə şişirdərək yaymaqla heç bir etikaya sığmayan şəkildə  hərəkət edirlər. Bu azmış kimi, bu davranışlara bəlkə də özləri də bilmədən xəstələrin qohumları da yardımçı olurlar. Demək istədiyimiz odur ki, bu cür hallar baş verdikdə yanlış məlumatlar yaymaq eyni zamanda ən azı bu tipli müəssisələrin etibarını zədələyir. Nəticə etibarı ilə, bu xəstəxanalara müalicə üçün müraciətlər azalır, cəmiyyətdə məlum xəstələrin  intiharları vəya törətdiyi  cinayətlərin sayı çoxalır.

Səhiyyə sistemində bir çox xəstəliklər hələ də bəşəriyyətin bəlası olaraq qalmaqda dəvam edir. Bunların adlarını sıralamasaq da ağır ruhi xəstəliyə düçar olmuş insanları bütün cəmiyyətlərin ən ağır problemi olaraq dəyərləndirə bilərik.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə