Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

    Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

    Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək üçün dövlətimizin başçısı İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın birgə məktubuna görə təşəkkürünü bildirən Donald Tramp qeyd edib: “Bizi vacib missiyamızı davam etdirməyə ruhlandıran bu yüksək qiymətə görə dərin minnətdarlığımı bildirirəm.

    Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, dünyada münaqişələrə son qoymağa, bütün insanlar üçün sülh və rifahın təmin edilməsinə sadiq qalıram. Sizin davamlı tərəfdaşlığınızla qeyri-mümkün nə varsa, ona nail olacağıq.

    Davamlı dəstəyinizə görə Sizə bir daha təşəkkür edirəm”.

    Xəbərə yorum yaz
    Captcha image
    Show another codeKodu yenilə
    SON XƏBƏRLƏR