Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Heydər Əliyevin Anım Gününə həsr olunmuş “Dəyirmi Masa” keçirilib - FOTO

1 dekabr 2025-ci il tarixində Ağdam rayonu 32 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş “Dəyirmi masa” təşkil edilib. Tədbirin əsas məqsədi şagirdlərə Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafında müstəsna xidmətləri olan Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti və vətənpərvərliyi haqqında geniş məlumat vermək olub.

Tədbirdə müəllimlər Ulu Öndərin şərəfli ömür yolunu, təhsilə və gənc nəslin inkişafına verdiyi böyük diqqət və qayğını şagirdlərə ətraflı şəkildə təqdim ediblər. Şagirdlər üçün Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto və videomateriallar nümayiş olunub.

Dəyirmi masa zamanı şagirdlər öz fikirlərini bölüşərək suallar verib, Ulu Öndərin Azərbaycan üçün gördüyü işlərin əhəmiyyətini daha dərindən dərk etməyin vacibliyi vurğulanıb. Müəllimlər Heydər Əliyevin ölkənin inkişafı naminə göstərdiyi xidmətlərin bu gün də yüksək qiymətləndirildiyinə xüsusi toxunublar.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi böyük ehtiramla yad edilib, şagirdlərə tariximizi və dövlətçilik ənənələrimizi sevməyin və qorumağın əhəmiyyəti bir daha xatırladılıb.



Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR