Azərbaycanın idman gimnastı yenidən beynəlxalq turnirin qalibi olub
Azərbaycanın idman gimnastı Tofiq Əliyev yenidən “FaceOFF” beynəlxalq gimnastika liqasının qalibi olub.
Gimnastika Federasiyasından verilən məlumata görə, idmançı Danimarkanın Herninq şəhərində keçirilən beynəlxalq liqada fərqlənib.
Tamblinq üzrə dünya çempionatının komanda hesabında qalibi, Dünya Oyunlarının gümüş mükafatçısı “FaceOFF”da ötənilki titulunu qoruyub.