1 SAYLI PSİXİATRİYA XƏSTƏXANASININ KEÇMİŞİ VƏ BU GÜNÜ
Bu yaxınlarda 1 saylı Respublika Psixiatriya
Xəstəxanasının 80 yaşı tamam olub. Yubiley münasibəti ilə tədbir də keçirilib.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə 1925-ci ildə Mərdəkanda 150 nəfərlik
psixiatrik koloniya təşkil olunub. Bir qədər sonra isə, Maştağada yerləşən
psixiatrik koloniyanın daha səmərəli işləməsi üçün, onun bazasında 200 çarpayı
fondu ilə psixiatrik xəstəxana fəaliyyətə başlayır.
1951- ci ildə isə, Azərbaycan SSR Tibb
işçiləri Həmkarlar İttifaqının kollegiya iclasında Maştağa qəsəbəsində yeni
Respublika Psixiatriya Xəstəxanası tikilməsi haqqında qərar verilir. Xüsusi ilə
qeyd edək ki, 1984-cü ildə SSRİ-də ilk dəfə keçirilən Beynəlxalq Psixiatriya
Konferansına məhz, 1 saylı Psixiatriya Xəstəxanası ev sahibliyi etmişdir.
Xəstəxana həmçinin, 1983-85 –ci illərdə SSRİ Səhiyyə Nazirliyinin və Tibb
İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin Keçici Qırmızı Bayrağına Layiq
görülüb.
Sözü gedən qocaman tibb müəssisəsi
müsəqilliyimizi yeni qazandığımız və sonraki illərdə baxımsızlıq nəticəsində hətta
bağlanmaq təhlükəsi ilə də üz-üzə qalıb. Ancaq dövlət başçısı İlham Əliyevin
uğurlu kadr siyasəti öz bəhrəsini verib. Səhiyyə Nazirliyinə məhz Oktay
Şirəliyevin rəhbər təyin olunması respublikada bütövlükdə bu sahənin köklü
dəyişikliyinə və inkişafına təkan verib. Təbii ki, 1 saylı Psixiatriya
Xəstəxanası da bu inkişafdan kənarda qalmayıb. Xəstəxananın bütün ərazisi
yaşıllaşdırılıb, yeni korpuslar tikilib, xəstələrin müalicəsi üçün bütün şərait
yaradılıb. Məlumat üçün bildirək ki, burada xəstələrin sayı 2000-i ötüb.
Bunlardan 345-i tamamı ilə təbii instinktlərdən məhrumdur. Yəni, su və yemək
belə istəyəcək halda deyillər. Təsəvvür edin ki, bu insanların bir çox
problemləri, ehtiyacları var. Hansı ki, bu işlərin öhdəsindən məhz xəstəxananın
tibb və digər işçiləri gəlir. Bir diqqət çəkən məqam da ondan ibarətdir ki,
burada müalicə alan xəstələr aylarla hətta illərlə ailələri tərəfindən
xəstəxanadan bilərəkdən çıxarılmır. Bu xəstələrin ailə üzvlərinə demək
istədiyimiz odur ki, bura sanatoriya deyildir, xəstəxanadır. Çünki, kənarda
çoxlu sayda xəstə müalicə üçün növbə gözləyir. Bir müddət öncə atanın öz 13
yaşlı qızını faciəli şəkildə qətlə yetirməsi xəbərini hamılıqla televiziya
ekranlarında izlədik. Ondan əvvəl oğlunun atasını balta ilə qətlə yetirməsi xəbərinin
acısını da yaşadıq. Çox təəssüflər olsun ki, bu siyahını daha da uzatmaq olar.
Ən acınacaqlısı isə, bu da son deyildir.
Bu bir gərçəkdir ki, bir çox sahələrdə xüsusi
ilə də səhiyyə sahəsində həyata keçirilən işlərdə və əldə olunan nailiyyətlərdə
millət vəkili, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev
fondunun prezidenti, həmçinin bu yaxınlarda ölkənin birinci vitse prezidenti
təyin olunan Mehriban Xanım Əliyevanın adını çəkməmək mümkün deyildir. Yeri
gəlmişkən xəstəxananın kollektivi və rəhbərliyi Mehriban xanıma yeni
təyinatı münasibəti ilə uğurılar diləyir. Sonda xəstəxananın fotolarını sizə
təqdim edirik ki, keçmişi ilə bu gününü özünüz müqayisə edəsiniz.






XƏBƏRİN MƏRKƏZİ