2015/2016-cı tədris ilində rezidenturanı bitirən həkim-mütəxəssislərin diplomları barədə
2015/2016-cı tədris ilində rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərin rezidentura təhsili diplomları aşağıda göstərilən ixtisaslar üzrə təqdim olunur:
- Endokrinologiya;
- Narkologiya;
- Fizioterapiya və tibbi bərpa;
- Ftiziatriya;
- Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza;
- Pediatriya;
- Stomatologiya;
- Üz-çənə cərrahiyyəsi;
- Sosial gigiyena və səhiyyənin təşkili;
- Gigiyena;
- Mikrobiologiya;
- Ürək-damar cərrahiyyəsi;
- Travmatologiya-ortopediya;
- Urologiya;
- Nevrologiya;
- Nefrologiya;
- Uşaq cərrahiyyəsi;
- Otorinolarinqologiya;
- Neyrocərrahiyyə;
- Allerqologiya;
- Revmatologiya;
- Genetika;
- Anesteziologiya-reanimatologiya;
- Yoluxucu xəstəliklər;
- Terapiya;
- Psixiatriya;
- Hematologiya;
- Onkologiya;
- İmmunologiya;
- Epidemiologiya;
- Laboratoriya işi.
Siyahıda qeyd olunan ixtisaslar üzrə həkim-mütəxəssislər rezidentura təhsili diplomlarını əldə etmək üçün 27 fevral 2017-ci il tarixindən etibarən saat 10.00-dan 17.00-dək Azərbaycan Tibb Universitetinin rezidentura şöbəsinə (3-cü mərtəbə) müraciət etməlidirlər. Diplomu götürmək üçün şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Digər ixtisaslar üzrə rezidentura təhsili diplomları elanda göstərilməklə təqdim ediləcəkdir.