89 SAYLI MƏKTƏBİN UĞURLARI
Bir müddət öncə 2017-ci il fənn olimpiadasının respublika turunda Azərbaycan dili fənni üzrə 89 sayli məktəbin 10-cu sinif şagirdi Məmmədova Aytac 3-cü yerə çıxıb və Təhsil Nazirliyinin diplomuna layiq görülüb. Daha bir uğura isə, məktəbin digər 10-cu sinif şagirdi İbrahimova Lalə imza atıb. Belə ki, prezidentin 21.06.2017 tarixli gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncamina əsasən musiqi sahəsində xüsusi istedadı olduğu üçün Azərbaycanın gənc istedadlarının “ Qızıl Kitabına” adı yazılaraq prezident təqaüdünə layiq görülmüşdür.
Təbii ki, bu məktəbin uğurları bununla bitmir. Burada məktəbin şagirdləri həm də idman yarışlarında respublikamizi layiqincə təmsil edirlər. Biz də öz növbəmizdə məktəbin kollektivini bu uğurları münasibəti ilə təbrik edirik.
Xəbərin Mərkəzi
Bir müddət öncə 2017-ci il fənn olimpiadasının respublika turunda Azərbaycan dili fənni üzrə 89 sayli məktəbin 10-cu sinif şagirdi Məmmədova Aytac 3-cü yerə çıxıb və Təhsil Nazirliyinin diplomuna layiq görülüb. Daha bir uğura isə, məktəbin digər 10-cu sinif şagirdi İbrahimova Lalə imza atıb.