Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

 Teymur Mustafayev koronavirusdan vəfat edib

Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev dəfn olunub.

Xeberinmerkezi.az xəbər verir ki, T.Mustafayev doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.

Dəfn mərasimində məhdud sayda insan (Xalq artistinin yaxın ailə üzvləri) iştirak edib.

Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev sabah - iyunun 12-də dəfn olunacaq. Onun cənazəsi doğulduğu Cəlilabad rayonunun Alar kəndinə aparılacaq. Bildirilir ki, T.Mustafayev  kənd qəbiristanlığında - həyat yoldaşının və oğlunun məzarı yanında torpağa tapşırılacaq.

Xalq arasında "Teymur əmi" kimi tanınan  Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib.  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.Xatırladaq ki, Xalq artistinin həyat yoldaşı Təbərrik Mustafayeva ötən il, oğlu Bakıxan Mustafayev isə 2007-ci ildə idarə etdiyi avtomobildə baş verən yanğın zamanı ölüb.

***

Xalq artisti Teymur Mustafayev koronavirusdan vəfat edib.

Bu barədə virtualaz.org-TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva məlumat verib.

Onun sözlərinə görə, bu ayın 4-də "Yeni Klinika" tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu TTY ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, kəskin tənəffüs çatışmazlığı,ağciyər-ürək çatışmazlığı, şəkərli diabet II tip ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə  gətirilib və reanimasiya şöbəsinə daxil olub.  Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub.

Tənəffüs çatmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq  süni ventilyasiya aparatına qoşulmuşdur. Həkim infeksionistin təyinatı ilə  xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb. Həkimlərin səyinə baxmayaraq, bu gün saat 15:30-da bioloji ölüm qeyd olunub.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə