Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut


Fuad Qəhrəmanlıdan Əli Kərimliyə nümunə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı vəzifəsindən istefa verib.

Xeberinmerkezi.az xəbər verir ki, o, bu barədə Feysbuk hesabında yazıb.

Qeyd edək ki, bundan öncə F. Qəhrəmanlının qızı Selcan Yağmur #MeToo sosial kampaniyası çərçivəsində atasını sadizmdə və davamlı şəkildə zorakılıqla günahlandırmışdı. Qızı ailə problemlərini Feysbuk vasitəsilə paylaşmışdı.

S. Yağmurun sözlərinə görə, Fuad Qəhrəmanlı ictimaiyyətdə insan hüquqları haqqında danışmağı sevir, lakin evə gələndə əsl sadistə çevrilir. O iddia edir ki, atası bir dəfə anasının barmaqlarını, onun isə dizini qırıb. Anasının boşanma üçün ərizə verməməsinin səbəblərinə toxunan qız, Zümrüd Yağmurun (anası- red.) Fuad Qəhrəmanlı ilə ortaq dostları tərəfindən mənəvi təzyiqə məruz qaldığını qeyd edib.

 
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə