Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut


Marqvelaşvili: “TANAP Avropa İttifaqının enerji təhlükəsizliyini təmin edəcək”


TANAP layihəsi Avropa İttifaqının enerji təhlükəsizliyini təmin edəcək”.
 

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bildirib. G. Marqvelaşvili deyib ki, TANAP Aİ-nin Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə əlavə qaz tədarükçüsü olacaq.  O, Gürcüstanın bu layihədə iştirakınının vacibliyini də vurğulayıb. 
 

Telefon danışığı zamanı R. T. Ərdoğan Gürcüstan prezidentini iyunun 12-də keçiriləcək TANAP layihəsinin açılış mərasimində iştiraka dəvət edib.
 

Dövlət başçıları söhbət zamanı Gürcüstan və Türkiyə arasında münasibətlərin inkişafı perspektivlərini də nəzərdən keçiriblər.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə