AB-dən Misirin “hərbi müdaxilə” qərarına reaksiya
Liviyaya hərbi müdaxilə çox təhlükəlidir.
Xeberinmerkezi.az xəbər verir ki, bunu AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Regional qüvvələr Liviyada hərəkətə keçmələri ilə bağlı çağırışlarına son qoymalıdırlar. Hərbi müdaxilə təhdidləri təhlükəlidir. Bu, Liviyadakı tərəflər arasında münaqişə və gərginliyi artırır. Bölgədə münaqişənin yeganə həll yolu sülh variantıdır”, - AB rəsmisi bildirib.
Qeyd edək ki, Misir parlamenti ordunun ölkənin hüdudlarından kənarda keçirilən əməliyyatlarda iştirakını təsdiqləyib.