Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

ABŞ-da koronavirusdan ölənlərin sayı 6 mini keçdi

ABŞ-da koronavirusa yoluxanların və ölənlərin sayı yenidən artıb.

Xarici KİV-lər bildirir ki, bu ölkədə COVID-19 infeksiyası qurbanlarının sayı 6088 nəfərə çatıb.

Hazırda ABŞ-da 245,5 min nəfər koronavirus daşıyıcısı var. Onlardan 10 min 403 nəfər sağalaraq xəstəliyə qalib gəlib.

ABŞ-da koronavirusa yoluxanların sayı 226 min nəfərdir.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, ölkədə COVID-19 qurbanlarının sayı 5 316 nəfər təşkil edir.

Bildirilir ki, siyahıya 1 374 ölüm hadisəsi ilə Nyu-York şəhəri liderlik edir, ikinci yerdə 164 ölüm hadisəsi ilə Vaşinqton ştatının Kinq şəhəri qərarlaşıb.

Ölkədə virusdan sağalanların sayı 8 826 nəfər təşkil edir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə