ABŞ-da ölkəsi üçün casusluq edən rus gözəlçə Moskvada - Foto
ABŞ-da Rusiya xeyrinə casusluq etdiyi səbəbindən həbs edilən Marina Butina azadlğa buraxıldıqdan sonra ölkəsinə təslim edilib.
Rus gözəlçə Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi çərçivəsində Florida ştatında həbs edilmişdi.
Məhkəməyə çıxarılan Marina ABŞ-dakı milli silah dərnəyi və cümhuriyyətçi siyasətçilərlə əlaqələr qurmağa çalışdığını bəyan edərək, ittihamı qəbul etmiş və 18 ay cəza almışdı.
Rus gözəlçə həbsinin ardından ölkəsinə göndərilməsini də tələb etmişdi.
Marina Butina həbsdən çıxdıqdan sonra vətəndaşı olduğu Rusiyanın Moskva şəhərinə gəlib. O, Moskvada çiçəklərlə qarşılanıb.