Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

ABŞ-da tornado beş nəfərin həyatına son qoydu, onlarla yaralı var 

ABŞ-ın Texas və Oklahoma ştatlarında baş vermiş qasırğa nəticəsində azı beş nəfər həyatını itirib.

Xəbəri CNN telekanalı yayıb.

Rəsmi məlumata əsasən, Onalaska şəhərində (Texas ştatı) üç nəfər ölüb, 20-yə yaxın sakin ağır yaralanıb.

Təbii fəlakət, həmçinin, Oklahomanın cənubunda iki nəfərin həyatına son qoyub

Qasırğa nəticəsində bəzi evlərə ciddi ziyan dəydiyi, yaşayış binalarının elektriksiz qaldığı bildirilir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə