Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

ABŞ-ın Ukraynaya hərbi yardımı 41 milyarda çatır



Co Baydenin prezidentliyi dövründə ABŞ-ın Ukraynaya hərbi yardımının həcmi 40,7 milyard dollara çatıb.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Pentaqonun məlumatında deyilir.

“Ümumilikdə, Birləşmiş Ştatlar Bayden administrasiyasının başlanğıcından bəri Ukraynaya 40,7 milyard dollardan çox, o cümlədən 2022-ci il fevralın 24-dən bəri 40 milyard dollardan çox təhlükəsizlik yardımı gəstərib”,- deyə bildirilib.

Qeyd edək ki, bundan öncə ABŞ Ukraynaya 325 milyon dollar dəyərində növbəti hərbi yardım paketinin ayrıldığını elan edib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə