ABŞ Azərbaycana yardım etdi
ABŞ Səfirliyinin Müdafiə Əməkdaşlığı şöbəsi sentyabrın 4-də Mərkəzi Gömrük Hospitalı üçün nəzərdə tutulmuş COVID-19 aşkarlama ləvazimatlarının ilk hissəsini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ianə edib.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
“ABŞ EUCOM Humanitar Yardım Proqramı vasitəsilə təqdim edilən ümumi dəyəri 72 000 ABŞ dollarından çox olan bu ianə Azərbaycana COVID-19 pandemiyasına qarşı daha effektiv mübarizə aparmaq üçün dəstək olacaq”, - deyə, məlumatda vurğulanıb.