ABŞ Çinin 31 şirkətini qara siyahıya saldı
ABŞ Çinə məxsus 31 təşkilata sanksiya tətbiq edib.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi məlumat yayıb.
Eyni zamanda, İngiltərə, Keniya, Laos, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Sinqapur, Tailand və Cənubi Afrikanın bəzi strukturlarına ixrac məhdudiyyətləri qoyulub.
Məlumata görə, sanksiya tətbiq olunan şirkətlərin hamısı beynəlxalq siyasi maraqlara və ABŞ-ın milli təhlükəsizliyinə zidd hərəkət ediblər.