ABŞ Çinin Ukrayna ilə bağlı mövqeyini gözləyir
ABŞ dövlətlərin suverenliyi ilə bağlı mövqeləri nəzərə alaraq, Çindən Ukraynadakı vəziyyətlə bağlı mövqe gözləyir.
Bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.
"Çinin mövqeyi çox önəmlidir. Ümid edirik ki, Çin Ukrayna ilə bağlı açıqlama verəcək",- Blinken qeyd edib.
O, həmçinin bildirib ki, ABŞ Polşa ilə Varşavadan Ukraynaya mümkün təyyarə tədarükünü də fəal şəkildə müzakirə edir.