ABŞ hərbi gəmisi Batumiyə gəldi
ABŞ-ın “Porter” raket gəmisi Batumi limanına daxil olub.
Xeberinmerkezi.az xəbər verir ki, bu məlumatı ABŞ-ın Gürcüstandakı səfirliyi yayıb.
Səfirlik bu gəminin Batumiyə 3-cü dəfə gəldiyini bildirib.
Səfərin məqsədinin Qara dənizdə təhlükəsizliyin təminatı və regional stabilliyin gücləndirilməsi olduğu vurğulanıb.