ABŞ S-400-lərin dalğalarını ələ keçirdi
ABŞ ordusu Suriyanın Hmeymim bazasında yerləşən S-400 hava hücumundan müdafiə sistemlərinin dalğalarını ələ keçirib. Əgər bu dalğaların kodu açılarsa, ABŞ təyyarələri S-400-ləri rahatlıqla keçəcək.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Rusiyanın “Free Nyus” saytı məlumat yayıb.
Saytın məlumatına görə, ABŞ-ın “Boinq P-8 Poseydon” kəşfiyyat təyyarəsi bir müddət əvvəl Krım sahillərində uçuşlar həyata keçirib, lakin oradakı S-400-lərlə bağlı heç nə əldə edə bilməyib. Amma həmin təyyarələrin Suriya üzərində apardığı kəşfiyyat uçuşları uğurla başa çatıb və S-400-lərin dalğaları ələ keçirilib. Həmin dalğaların Krımdakı sistemlərdən fərqli olduğu da bildirilib.
Rusiyalı pilot Yuri Syitnik sayta açıqlamasında ABŞ Hava Qüvvələrinin S-400 sistemlərinin dalğalarını qeydə alıqlarını deyib:
“Ancaq bu dalğaları açmaları lazımdır. Bu, normaldır. Onlar bizim bacarıqlarımızı sınaqdan keçirir və kəşfiyyat aparırlar”.