ABŞ Ukraynaya əsrin silahını göndərdi: Mərmilər hədəfləri peykdən yönləndirilməklə məhv edir...
ABŞ Ukraynaya 155 mm-lik M982 "Ekskalibur" yüksək dəqiqli mərmilər göndərib, rəsmi şəxslər cavabdan yayınır...
"Bir mərminin dəyəri 100 min dollar civarındadır..."
Bu barədə avqust ayında dərc edilən və əvvəllər açlıqlanmayan büdcə sənədinə istinadən Amerikanın "Bloomberg" nəşri məlumat yayıb.
Amerikanın "Ekskalibur" ehtiyatlarının doldurulması ilə bağlı ilk dəfə qeyd edilir ki, Pentaqon Ukrayna Silahlı Qüvvələrini bu mərmilərlə təchiz edib.
Rəsmi şəxslər "Ekskalibur"la bağlı sualdan yayınıb, hərçənd onun tədarükü əvvəlcədən planlaşdırılıb, bu yaxınlarda isə Ukraynada görünüb.
"Ekskalibur"lar peykdən yönləndirilən mərmilərdir və hədəfləri 2 metr xəta ilə məhv edə bilir.
Yüksək dəqiqli mərmi 155 mm-lik haubitsalarda istifadə edilir, yönləndirmə isə hədəfləri dəqiq nişan almağa imkan verir.
Sənədlərə əsasən, "Ekskalibur"un təsir radiusu 40.5 km-dir.
Pentaqon Ukraynaya ümumi məbləği 92 mln dollar olan "Ekskalibur" mərmiləri tədarük edəcək.
Mərminin birinin dəyəri 98.7 - 106.4 min dollardır, "Bloomberg" yazır.
"Ekskalibur" ilk dəfə 2007 - ci ildə İraqda "Əl-Qaidə" lideri Abu Cura və onun silahdaşlarının qalmaqallı qətlində istifadə edilib.