Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

ABŞ vermədiyi F-35-lərə görə Türkiyədən ödəniş istəyir



ABŞ Rusiyadan S-400 zenit-raket komplekslərini almaq qərarından sonra verilməyən “F-35A Lightning II” qırıcısının saxlanması və texniki xidmətinə görə Türkiyədən əlavə ödənişlər tələb edib.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə “Aydınlıq” qəzeti yazıb.

“ABŞ F-35 tədarük zəncirində fasilələr yaşadığını və istehsalda iştirak edən türk şirkətlərinin proqramdan kənarda qalması səbəbindən xərclərin artdığını bildirərək Türkiyədən əlavə ödənişlər də tələb edir”, - məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland “CNN Türk”ə müsahibəsində S-400 zenit-raket kompleksi ilə bağlı məsələnin həll ediləcəyi təqdirdə Ankaranın F-35 proqramına qaytarılmasının mümkün olduğunu demişdi.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə