Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
ABŞ “Ruzvelt” esminesini Qara dənizə göndərir
ABŞ Hərbi-Dəniz Qüvvələrinin “Ruzvelt” esminesi NATO müttəfiqləri ilə dənizdə təhlükəsizlik əməliyyatları aparmaq üçün Qara dənizə yola düşür.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə ABŞ-ın Altıncı Donanması məlumat yayıb.

“Ruzvelt” dəniz əməliyyatı üçün Aralıq dənizindən Qara dənizə şimal tranzitinə başlayır. ABŞ-ın Altıncı Donanması bölgədəki müttəfiqlərini və tərəfdaşlarını dəstəkləmək üçün mütəmadi olaraq Qara dənizdə fəaliyyət göstərir”, – deyə məlumatda qeyd olunur.

Bundan əvvəl Rusiyanın Milli Müdafiə İdarəetmə Mərkəzi Şimal Donanmasının Barents dənizi akvatoriyasına daxil olan NATO hərbi gəmilərinin hərəkətlərini izlədiyini bildirmişdi.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə