Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Adil Əliyev Milli Məclisin vitse-spikeri seçildi

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası işini davam etdirir.

Xeberinmerkezi.az bildirir ki, iclasda I vitse-spiker və vitse-spikerlərin seçilməsi məsələsi müzakirə edilib.

Səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli I vitse-spiker, Adil Əliyev (bitərəflərin namizədi) və Fəzail İbrahimli (parlamentdə azlıq təşkil edən partiyaların namizədi) isə vitse-spiker seçiliblər.

Qeyd edək ki, Adil Əliyev 2003-2005-ci illərdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyib. 1995-ci ildən Milli Məclisin deputadıdır. 2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.

Adil Əliyev Prezidentin köməkçisi - Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevin qardaşıdır.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə