Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
07.03.2017

ADNSU-da “Novruz mühazirəsi” keçirilib

Martın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti "Novruz mühazirəsi" keçirilib.

Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlının "Yeni texnologiyalar, yeni materiallar: gələcəyə baxış" mövzusunda mühazirəsi dinlənilib.

Mühazirədə ADNSU-nun professor-müəllim heyəti, universitetin İctimai Etimad Şurasının üzvləri, KİV təmsilçiləri iştirak ediblər.

Mustafa Babanlı mühazirəsində materialşünaslığın inkişaf tarixi, yeni texnologiyalar, onların həyatımızda rolu, materialşünaslıq və mühəndislik arasında sıx əlaqədən danışıb. Rektor smart materiallar, onların bugünkü və gələcək tətbiq sahələri haqqında məsələlərə toxunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Martın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti "Novruz mühazirəsi" keçirilib. Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlının "Yeni texnologiyalar, yeni materiallar: gələcəyə baxış" mövzusunda mühazirəsi dinlənilib.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə