Afinanın Türkiyə ilə bağlı iyrəc planı: Ya müharibə, ya da...
Bunu türkiyəli ekspert Fəxri Erenel deyib.
“Yunanıstan gərginlik axtarır, çünki Ankaranın getdikcə daha çox tanınan qlobal oyunçuya çevrilməsindən narazıdır. Afinanın məqsədi ya müharibəyə başlamaq, ya da Türkiyə ilə Qərb arasında münaqişə yaradıb, Ankaranı S-400-ü aktivləşdirməyə məcbur etməkdir”, - o bildirib.
Ekspert qeyd edib ki, Yunanıstan gərginlik yaratmaqla, xüsusən də Ukraynadakı münaqişə zamanı Türkiyənin dünya diplomatiyasındakı xidmətinə zərbə vurmaq istəyir.