Cənubi Afrika Respublikasında (CAR) koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
Bunu ölkənin Səhiyyə naziri Zveli Mkxize deyib.
Qeyd edək ki, koronavirus daha öncə Afrikanın Əlcəzair, Seneqal, Misir, Mərakeş, Nigeriya və Tunis kimi ölkələrində aşkarlanıb.
“Report” xatırladır ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 87 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96 609-a çatıb. Bunların 53 947 nəfəri sağalıb, 3 308 nəfəri isə ölüb.