Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstənin öldüyü bəlli oldu
Bu gün Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha iki ölüm faktı qeydə alınıb.
Xeberinmerkezi.az xəbər verir ki, xəstələrin hər ikisi ağciyərin obstruktiv xəstəlikləri diaqnozundan vəfat edib.
Onlardan biri 1957-ci il təvəllüdlü kişidir. Digər xəstənin isə 1941-ci il təvəllüdlü olduğu bildirilib.
TƏBİB iki nəfərin ölüm faktını yerli KİV-ə təsdiqləyib.