Akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunan konfrans keçirilib
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunan konfrans keçirilib.
“Səhiyyədə müasir nailiyyətlər” mövzusunda keçirilən konfrans akademik Zərifə Əliyevaya həsr olunan videoçarxın nümayişi ilə başladı. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin baş həkimi Könül Xəlilova Zərifə Əliyevanın keçdiyi şərəfli həyat yolundan, Azərbaycan və dünya oftalmologiya elminə verdiyi töhfələrdən danışdı. Bildirdi ki, o, malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin estafetini uğurla davam etdirdi, elmdə əsl vətəndaşlıq mövqeyi göstərərək böyük uğur qazandı. Gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal işlərinə görə Zərifə xanım SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın olub. Diaqnostika Mərkəzinin Oftalmologiya şöbəsinin müdiri Xəlil Hüseynov akademik Zərifə Əliyevanın ömür yolunun bu gün də hər bir alim və həkim, hər bir Azərbaycan vətəndaşı üçün kamillik və müdriklik nümunəsi olduğunu dedi. Əlavə etdi ki, Zərifə xanım kimi alimlərin xidmətləri sayəsində böyük inkişaf yolu keçən Azərbyacan oftalmologiyası son illər daha ciddi nailiyyətlər əldə edib.
Sinxron.00.02.38.Oftolmologia Az-da böyük sürətlə inkişaf edir.Siz özünüz də şahidsiniz ki, bu sahədə hər gün necə nailiyyətlər əldə olunur, yeni üsullarla əməliyyatlar aparılır.Səhiyyə nazirliyi də bu sahədə bizə böyük köməklik göstərir, yeni müasir avadanlıqlar alınır.İnanram ki, bu sahə bundan sonra daha sürətlə inkişaf edəcək.
Çıxışlarda qeyd olundu ki, akademik Zərifə Əliyeva Oftalmologiya sahəsində görkəmli alim olmaqla yanaşı, həm də Azərbaycan qadınına xas olan ən ülvi, nəcib dəyərləri özündə yaşadan ziyalı, şəfalı əlləri ilə gözlərə işıq bəxş edən, mərhəmətli qəlbi və həlim xasiyyəti ilə könüllərə məlhəm olan nurlu şəxsiyyət idi. Sonra konfrans tibb elminin müxtəlif sahələrinə aid elmi məruzələrlə davam etdirildi.