Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Alis Uels: Azərbaycan iqtisadi təşəbbüslər baxımından bölgənin ürəyində yerləşir  

“ABŞ Azərbaycana və Prezident İlham Əliyevə  Əfqanıstanda gördüyü işlərə görə təşəkkrür edir. Azərbaycan, Əfqanıstanın regiona iqtisadi inteqrasiyası üzrə səylərin mərkəzində dayanır”. Bu barədə ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Alis Uels keçirdiyi brifinqdə belə bir bəyantala çıxış edib. O, Azərbaycanın bu sahədə müstəsna rol oynadığını bildirib.

Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısının Bakıda keçirlməsi heç də təsadüfü deyil.  Bu məkanın seçilməsi faktı Azərbaycanın oynadığı rolun təzahürüdür.  Səfərinin nəticələri ilə bağlı keçirdiyi brifinqdə ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Alis Uels bildirdi ki, Azərbaycan Əfqanıstan məsələsində vacib rol oynayır. “ABŞ Azərbaycana, Prezident İlham Əliyevə  Əfqanıstanda gördüyü işlərə görə təşəkkrür edir” deyən  departament rəsmisinin sözlərinə görə,  iqtisadi cəhətdən əməkdaşlıq edərək Əfqanıstanın inkişafına təkan vermək məsələsində Azərbaycan müstəsna rol oynayır.

“Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupuna 50-dən çox dövlətin təmsilçisinin daxil dolduğunu xatırladan Alis Uels Bakı görüşündə də məqsəd Əfqanıstan və bu ölkədən kənarda sülh və təhlükəsizliyə dair hədəflərə nail olmaqdır. ABŞ rəsmisi Bakıda tədbirin Əfqanıstan hakimiyyəti ilə “Taliban” arasında atəşkəs əldə olunandan sonra keçirilən ilk görüş olduğuna  da diqqət çəkdi. Onun qənaətincə, atəşkəs təşəbbüsü sülhə və sabitliyə səy göstərilməsinin təzahürüdür. ABŞ bu kimi təşəbbüslərə hər zaman dəstək verəcək.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə