Alla Puqaçova Moskvaya qayıtdı
Rus estradasının primadonnası, SSRİ Xalq artisti Alla Puqaçova İsraildən Rusiyanın paytaxtına gəlib.
Bu barədə TASS-a onun köməkçisi Yelena Çuprakova bildirib.
A.Puqaçovanın modelyer dostu Valentin Yudaşkinin Moskvada keçiriləcək vida mərasimində iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, V. Yudaşkin mayın 2-də 59 yaşında dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
A.Puqaçova Rusiya-Ukrayna müharibəsi fonunda 2022-ci ilin yazında İsrailə köçüb.