Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Almaniyada sorğu: Ərdoğan və Tramp son sıralarda

Almanlar Fransa Prezidenti Emmanuel Makrona Almaniya Kansleri Angela Merkeldən daha çox güvənir.

“RİA Novosti” xəbər verir ki, bu barədə məlumat “Kantar” araşdırma şirkətinin keçirdiyi sorğu nəticəsində bəlli olub.

Sorğu nəticələri onu göstərir ki, respondentlərin 57 faizi Makrona çox güvənir, bu göstərici Merkeldə dörd faiz aşağıdır. Bununla yanaşı, 44 faiz bildirib ki, onların kanslerə etimadı aşağıdır. Makronun göstəricisi isə 32 faizə bərabər olub.

Sorğu iştirakçılarından dünyanın yeddi liderinə münasibətləri soruşulub. Siyahıda sonuncu yeri ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tutub. Yalnız altı faiz sorğu iştirakçısı Tramp və Ərdoğana etimad göstərib.

Rusiya Prezidenti Vladimir Putin siyahının ortasında qərarlaşıb. O, Avstriya Kansleri Sebastyan Kurtsdan geri qalsa da, Böyük Britaniyanın Baş naziri Boris Consonu qabaqlaya bilib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə