Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Almaniyadan şad xəbər: “Epidemiya nəzarət altına alınıb”

Almaniyanın Səhiyyə naziri Yens Şpahn sosial təmas, məsafə və gigiyena qaydaları nəticəsində koronavirusla mübarizədə uğur qazandıqlarını açıqlayıb.

Bu barədə “Hürriyet” məlumat yayıb.

“Mart ayının ortalarında epidemiya sürətlə yayılırdı. İndi uğur qazandığımızı deyə bilərik. Dinamik yayılmanı dayandırdıq. Yeni yoluxmaların sayı, xüsusilə günbəgün artım xətti kəskin şəkildə azaldı. Aprelin 12-dən bu yana sağalanların sayı yeni yoluxma sayını keçdi. Bu cəsarət verən vəziyyətdir. Epidemiya bu gün etibarilə nəzarət altına alınıb”, - deyə alman nazir bildirib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə