Almatı yaxınlığında gərgin döyüşlər gedir
Almatı ətrafında terrorçu qruplarla ordunun hava-destant qüvvələri arasında gərgin döyüşlər gedir.
Bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomard Tokayev deyib.
“Biz yaxşı bilirik ki, terrorçular hazırda Almatıda və başqa şəhərlərdə tüğyan edirlər. İnfrastruktur binalarını tuturlar, ən əsası isə atıcı silahların yerləşdiyi binaları ələ keçirirlər. Kursantlarla döyüşürlər. Hazırda Almatı yaxınlığında hava-desant bölmələri onlarla döyüş aparır”, - deyə o, TŞ iclasında bildirib.