Ana südü ilə qidalanmaya dair seminar keçirildi
Ana və uşaq sağlamlığının qorunması Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir. Bu sahədə həyata keçirilən tədbirlər sırasında maarifləndirmə tədbirlərinə xüsusi önəm verilir.
Maarifləndirmə tədbirləri çərçivəsində Səhiyyə Nazirliyinin və BTM-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatcılığı ilə KİV nümayəndələri üçün ana südü ilə qidalanmanın əhəmiyyətinə dair seminarlar silsiləsinin keçirilməsinə başlanılmışdır. Bu qəbildən olan seminar 19.05.2017-ci il tarixində Gəncə şəhərində keçirilmişdir.
Aparıcı KİV nümayəndələrinin iştirak etdiyi seminarda ana südü ilə qidalanma sahəsində mövcud vəziyyətə toxunulmuşdur. Bu sahədə maarifləndirməni gücləndirmək məqsədilə UNICEF və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə hər ilin avqust və oktyabr aylarının ilk həftələrində ana südünün üstünlüklərinə həsr edilən “Ana südü həftəsi” keçirilir. Həmin tədbirin təşkilində əsas məqsəd ana südünün üstünlükləri, onunla qidalanmağın vacibliyi və bu sahədə ananın məsuliyyətini artırmaqdan ibarətdir.
Qeyd edilmişdir ki, son illər Səhiyyə Nazirliyinin fəaliyyəti, aparılan maarifləndirmə tədbirləri sayəsində ana südü ilə qidalandırmanın xüsusi çəkisi artmışdır.
Seminar müzakirələrlə davam etmişdir.
Səhiyyə Nazirliyi ana südü ilə qidalandırma sahəsində maarifləndirmə tədbirlərinin icrasını davam etdirəcək. Növbəti bu qəbildən olan seminarların digər regionlarda keçiriləcəyi nəzərdə tulmuşdur.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı