İyunun 4-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən Goranboy rayonunun Əzizbəyov kəndində 1 əkin sahəsinə baxış keçirilib.ANAMA-dan bildiriblər ki, baxış zamanı 1 ədəd təlim məqsədli top mərmisi (P-OF412) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
Ümumilikdə Agentlik tərəfindən ilin əvvəlindən indiyədək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 10 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 162 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 min 665 ədəd partlamamış hərbi sursat, 182 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 3 milyon 716 min 425 kvadratmetr ərazi (637 min 657 kvadratmetr əl ilə, 1 milyon 296 min 140 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 1 milyon 669 min 628 kvadratmetr minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.