Artıq bu ölkədə də ukraynalı pilotların F-16 təlimlərinə başlanıldı
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell, Polşa da daxil olmaqla bir sıra ölkədə ukraynalı pilotların F-16 təliminə başladığını açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Borrell bu haqda Aİ ölkələrinin müdafiə nazirlərinin iclasının girişində mətbuata açıqlama verən zaman danışıb.
Aİ rəsmisi təlimlərin bir neçə ölkədə başladığını bildirib.
Aİ ölkələrinin Ukraynaya silah və sursatların çatdırılmasını sürətləndirmək üçün birgə satınalma prosesinin hansı mərhələdə olduğu sualına Borrell bu prosesin xeyli irəlilədiyini deyib.