Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

AŞPA-nın İnsan Hüquqları üzrə yeni komissarı seçildi



Maykl Oflaherti Avropa Şurasının İnsan Hüquqları üzrə yeni komissarı seçilib.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə AŞPA-nın X sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib.

Məlumata görə, o, Dunya Miyatoviçi əvəzləyəcək və 6 il bu vəzifəni icra edəcək.

O'Flahertinin namizədliyini AŞPA-nın 104 deputatı dəstəkləyib (Bolqarıstandan Meqlena Kuneva 70, Avstriyadan Manfred Novak 37 səs toplayıb). Oflaherti bu il aprelin 1-də vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Avropa Şurasının İnsan Hüquqları üzrə əvvəlki komissarı bosniyalı hüquq müdafiəçisi Dunya Miyatoviç olub.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə